6 C
Baku
Tuesday, March 10, 2026

İsrailə raket hücumu nəticəsində Azərbaycan vətəndaşı ölüb

9 mart tarixində İsrail ərazisinə həyata keçirilmiş raket hücumu nəticəsində həlak olmuş Murtuzov Amid Əligüllah oğlu Azərbaycan və İsrail vətəndaşıdır.

Azərbaycanın İsraildəki səfirliyinin məlumatına əsasən, hadisə Yehud şəhəri ərazisində, tikinti sahəsində baş verib.

Amid Murtuzov İsrailin Petax Tikva şəhər sakini olub, ailəsi ilə birgə uzun illər əvvəl İsrailə miqrasiya edib və uzun müddətdir İsraildə yaşayıb.

“Mərhumun ailəsinə və doğmalarına səbir diləyir, başsağlığı veririk. Allah rəhmət eləsin!”, – məlumatda qeyd olunub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər