7 C
Baku
Friday, March 13, 2026

ABŞ İrandakı məktəbə endirilən zərbə ilə bağlı araşdırmaya başlayıb

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrandakı məktəbə endirilən zərbə faktı ilə bağlı araşdırma aparır.

Bunu mətbuat konfransı zamanı ABŞ-nin müharibə naziri Pit Heqset bəyan edib.

“Bu araşdırma hadisə ilə bağlı bütün halların nəzərdən keçirilməsi üçün nə qədər vaxt lazımdırsa, o qədər davam edəcək”, – o deyib.

Nazirin sözlərinə görə, araşdırmanın aparılması üçün CENTCOM hərbi müstəntiq təyin edib. O dəqiqləşdirib ki, bu zabit komandanlığın tərkibinə daxil deyil.

Qeyd edək ki, zərbə nəticəsində şagirdlər və müəllimlər həlak olub.

Daha əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ölkənin cənubundakı Minab şəhərində ABŞ və İsrailin endirdiyi zərbə nəticəsində məktəbin təxminən 160 şagirdin həlak olduğunu bəyan etmişdi.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər