İnvestisiya şirkətinin rəhbərliyinə təyinat olub

“Assist Finance İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasına yeni üzv seçilib.

Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Elvira Məmmədova Xanlar qızı üzv seçilib.

Bununla da Müşahidə Şurasının sayı sədrlə birlikdə üçə yüksəlib.

Xatırladaq ki,  “Assist Finance Investisiya Şirkəti” ASC 15 fevral 2018-ci il tarixində Azərbaycan Respublikasında qeydiyyata alınmış və təsis olunmuş “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin hüquqi varisidir. Səhmlərinin 100%-i Ruslan Cəfərov Nazim oğlu adlı şəxsə malikdir.

 

Son xəbərlər
Digər xəbərlər