Azərbaycanda “İnvestra” Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınıb.
Banker.az xəbər verir ki, qurum 26 dekabr 2025-ci il tarixində rəsmi qeydiyyatdan keçib.
Kredit ittifaqının hüquqi ünvanı AZ4400, Masallı rayonu, Masallı şəhəri, S.Vurğun küçəsi, ev 4, döngə 1 olaraq göstərilib.
Təşkilatın nizamnamə kapitalı 4004 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Məhərrəmov Əliqismət Ocaqəli oğludur. Müşahidə şurasının üzvləri isə Qasımzadə Şahin Əliniyaz oğlu, Şükürov Ramin Rafail oğlu və Novruzov İrasər İdris oğludur.






