Azərbaycanda xam neft hasilatı 2026-cı ilin ilk iki ayında azalsa da, xam neftlə bağlı göstəricilər müsbətdir.
Banker.az xəbər verir ki, ilin yanvar-fevral aylarında 4 milyon 343,2 min ton xam neft hasil edilməklə 2025-ci ilin müvafiq dövründən 3% zəif olub.
Hasil edilmiş neftdən ümumilikdə 3.6 milyon ton neft ixrac edib və bunun dəyəri təxminən 1.7 milyard dollar olub. İxracın əsas hissəsi Avropaya yönəlib və ən böyük alıcı açıq fərqlə İtaliya olub. Daha sonra Rumıniya, Portuqaliya, Çexiya və Almaniya gəlir.
Təbii qaz ixracı istiqamətində isə müsbət tendensiya davam edir. İlk iki ayda hasilat həcmi 8 milyard 187,9 milyon kub-metr təbii qazın 2.3 faiz artıb. İxracın həcmi isə 4 milyard 380.7 milyon kub-metr olmaqla 1 mlrd. 285.4 mln. dollar təşkil edib.






