Ödənişli atalıq məzuniyyəti hüququ ailədə uşaqların sayından və şəxsin çalışdığı müəssisənin mülkiyyət formasından asılı olmayaraq könüllü qaydada verilir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Vurğulanıb ki, ödənişli atalıq məzuniyyətinin verilməsi ölkəmizdə gender bərabərliyinin təmin olunmasına xidmət edir.
Qeyd edək ki, qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.







