Xamenei: ABŞ və İsrail İranın hücumdan dərhal sonra çökəcəyini düşünməkdə yanılırdılar

ABŞ və İsrail İran dövlət sisteminin hücumlarından bir-iki gün sonra dərhal çökəcəyini düşünməkdə yanılırdılar.

Bu barədə İranın yeni ali lideri Müctəba Xamenei bəyan edib.

Xameneinin mətbuat xidməti onun sözlərini sitat gətirib: “Ölkənin hərbi liderləri və görkəmli alimləri, ardınca təxminən 1000 həmvətənimiz vəfat edib. Düşmən ciddi bir səhv hesablama nəticəsində elə bu insanların bir-iki gün ərzində İslam nizamını devirəcəyinə inanırdı. Lakin xalqın sayıqlığı, döyüşçülərin misilsiz şücaəti və çoxsaylı itkilər sayəsində tezliklə orada çarəsizlik və ümidsizlik əlamətləri özünü göstərdi”.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər