İranın milli valyutası rial ABŞ-nin İran neftinin satışına qismən icazə verməsindən sonra bahalaşıb.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Məlumata görə, rialın dollar qarşısında məzənnəsi 6.7 faiz artaraq 1 dollar üçün 1.559 milyon rial səviyyəsinə yüksəlib.
Nəşr qeyd edir ki, bu, fevralın sonundan başlayan ABŞ-İsrail əməliyyatından sonra İran valyutasının ilk əhəmiyyətli möhkəmlənməsidir.
Ekspertlər hesab edirlər ki, ABŞ-nin İran neftinin satışına qısamüddətli icazəsi ölkəyə xarici valyuta axınını artıracağı üçün rial güclənib. Vaşinqton bu yumşalmanı enerji daşıyıcılarının qiymətini azaltmaq və bazar sabitliyini qorumaq istəyi ilə izah edib.
İcazənin 19 aprel 2026-cı ilədək qüvvədə olacağı bildirilir.






