Dünyada baş verən gərginliklər fonunda təyyara biletləri kəskin bahalaşa bilər.
Fevralın 28-dən etibarən ABŞ-İsrail və İran arasında başlayan müharibə aviasiya sektorunun nəhənglərini çətin seçim qarşısında qoyub. Dünyanın 20 ən böyük aviaşirkəti münaqişənin başladığı gündən bəri bazarda 53 milyard dollar dəyər itirib. Fars körfəzindəki tranzit mərkəzləri iflic olub, yüzlərlə reys təxirə salınıb.
Şirkətləri ən çox narahat edən isə təyyarə yanacağının qiymətidir. Müharibənin başladığı tarixdən bu yana yanacaq iki dəfə bahalaşıb.
İqtisadçı Xalid Kərimli bildirir ki, bu artım aviaşıyıcıların əsas xərcinə mənfi təsir edir.
Turizm eksperti Fariz Bəşirov isə deyir ki, hazırda bazarda süni şəkildə saxlanılan nisbi sabitlik müvəqqətidir. Şirkətlər bu zərəri uzun müddət qarşılaya bilməyəcək. Bu isə o deməkdir ki, yay tətilini planlaşdıranlar büdcələrini yenidən nəzərdən keçirməli olacaqlar.
Mütəxəssislər bildiriblər ki, hərbi qarşıdurmanın yaratdığı yanacaq qıtlığı yaxın aylarda biletləri hətta əlçatmaz edə bilər.







