Laos Xalq İnqilab Partiyasının Mərkəzi Komitəsinin Baş katibi Thonqlun Sisulit yenidən ölkə Prezidenti seçilib.
10-cu çağırış Laos Milli Assambleyasının martın 23-də başlayan ilk sessiyasında deputatların 99 faizi Thonqlun Sisulitin namizədliyini dəstəkləyib.
Milli Assambleya Soneksay Siphandonu isə Baş nazir vəzifəsinə seçib.
Martın 27-dək davam edəcək sessiyada ölkə gündəmindəki ən vacib məsələlərə dair qərarlar qəbul ediləcək.
Qeyd edək ki, 81 yaşlı Thonqlun Sisulit keçmiş SSRİ-də və Vyetnamda təhsil alıb, müxtəlif illərdə xarici işlər nazirinin müavini, əmək və sosial rifah naziri, xarici işlər naziri, Baş nazirin müavini vəzifələrində işləyib. O, 2016-cı ildə Baş nazir, 2021-ci ildə isə əvvəlcə Laos Xalq İnqilab Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, ardınca Prezident seçilib.







