Azərbaycanda 23 araq istehsalçısının fəaliyyəti dayandırıldı

Qida təhlükəsizliyi tələblərinə əməl olunmaması səbəbindən Azərbaycanda bir sıra araq istehsalı ilə məşğul olan müəssisələrin qeydiyyatı ləğv edilib.

Banker.az xəbər verir ki, siyahıya əsasən, ümumilikdə 23 müəssisənin araq istehsalı fəaliyyəti üzrə qeydiyyatı dayandırılıb. Onların əksəriyyətində illik minimum istehsal həcmi tələbinə əməl olunmadığı müəyyən edilib.

Qeydiyyatı ləğv edilən obyektlər Bakı şəhəri ilə yanaşı, Xaçmaz, Ağsu, Göygöl, Tovuz, Ağstafa, Kürdəmir və digər rayonları da əhatə edir.

Bəzi hallarda isə müəssisələrin qeydiyyatı sahibinin müraciəti əsasında və ya müvafiq qaydaların pozulmasına görə ləğv olunub.

Qərar müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilib.

Qeydiyyatı ləğv edilmiş araq istehsalı müəssisələri arasında “Bakı Şampan Şərablar” ATSC, “Bakı-Şərab 2” ATSC, “V45” MMC, “May Valley” MMC, “Vonderful” MMC, “Şahin-50” MMC, “Bakı Şərabı Aşi” MMC, “AĞSU AV” MMC, “Göygöl Şərab-2” MMC, “Rs-Standart” MMC, F/ş Hüseynov Cilingir İslam oğlu, F/ş Yüzbaşıyev Qənbər Əhməd oğlu, “Üzüm istehsalı və emalı zavodu” MMC, “Ə.İ. Süleymanov adına Qızıl Salxım” MMC, F/ş Ələkbərova Yeganə Murğuz qızı, “Element S” MMC, “Şahnigar” MMC, “İmperial Group LTD” MMC, “Ramil” MMC, F/ş İsmayılov Arzu Aydın oğlu, “Azəri Şərab” MMC, “Organic Gold” MMC və “Ağayev” MMC yer alır.

Son xəbərlər
Digər xəbərlər