ABŞ-nin Chevron şirkəti bu ilin birinci rübündə neft hasilatını ötən ilin son rübü ilə müqayisədə 6% azaldıb. Bu barədə şirkət məlumatlarına istinadən Bloomberg yazıb.
Agentliyin qeyd etdiyi kimi, 2025-ci ilin dördüncü rübündə gündəlik orta hasilat təxminən 4,05 milyon barel təşkil edirdi. 2026-cı ilin birinci rübündə isə bu göstərici 3,8–3,9 milyon barel səviyyəsində olub.
Chevron nümayəndələri bildiriblər ki, hasilatın azalması Fars körfəzi ölkələrində və İsraildə yerləşən yataqlarda istehsalın azalması, həmçinin Qazaxıstandakı müəssisələrdə yaranan problemlərlə bağlıdır. Bundan əlavə, bu azalma ABŞ-nin İrana qarşı hərbi əməliyyatının nəticələri ilə də əlaqələndirilir.






