Təhsil tələbə krediti üzrə müraciətlərin edilməsi ilə bağlı yeni qaydalar müəyyənləşir.
1 may 2026-cı ildən xidmətin Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra – EHİS) inteqrasiyasının təmin edilməsi planlaşdırılır.
Xidmətin təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının təqdim edilməsi və razılaşdırılması isə 6 iyun 2026-cı ildən etibarən nəzərdə tutulur.
Həmin tarixdən xidmətin “mygov” platformasında istifadəyə verilməsi (istismar mühitində) də nəzərdə tutulur.
Bu istiqamətdə işləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyi görəcək.






