Cəlil Əhmədov Dövlət Məşğulluq Agentliyində yeni vəzifəyə gətirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində (DMA) yeni təyinat olub.

Banker.az xəbər verir ki, Cəlil Əhmədov Dövlət Məşğulluq Agentliyinin Daxili nəzarət və audit departamentinə müdir təyin olunub.

O, 2025-ci ilin aprelindən dekabr ayına kimi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Hüquq şöbəsinin müdiri kimi çalışıb.

Onu da qeyd edək ki, Daxili nəzarət və audit departamenti Risklərin qiymətləndirilməsi və təhlil şöbəsi, Daxili audit şöbəsi və Əmək və icra intizamına nəzarət şöbəsindən ibarətdir.

Son xəbərlər
Digər xəbərlər