Paytaxtın mərkəz ərazilərində sürət həddinin 50 km/saat-a endirilməsi planlaşdırılır

Paytaxtın mərkəz ərazilərində sürət həddinin saatda 50 km-ə endirilməsi planlaşdırılır.

“Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na əsasən, şəhərin mərkəzi hissəsində piyada infrastrukturunun genişləndirilməsi nəzərdə tutulur.

Əsas planlardan biri paytaxtda geniş piyada şəbəkəsinin qurulması, eləcə də rahat və müasir piyada mühitinə şəraitin yaradılmasıdır.

Nəqliyyat məsələləri üzrə ekspertlər bildirirlər ki, bu addım həm paytaxt ərazisində yol-nəqliyyat hadisələrinin sayını azaltmağa, həm də piyadalar üçün daha təhlükəsiz mühit yaratmağa şərait yaradacaq.

Bildirilir ki, hazırda məhdud olan piyada əraziləri daha geniş sahələri əhatə edəcək və şəhər mərkəzində fasiləsiz piyada marşrutları formalaşacaq.

Son xəbərlər
Digər xəbərlər