Dövlət qulluğunda keçirilən imtahanlarda yeniliklər olacaq.
Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) 10 illiyi ilə bağlı keçirilən konfransda DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib.
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev son günlərdə cəmiyyəti narahat edən bəzi suallara aydınlıq gətirib və bildirib ki, imtahanlar haqqında fikirlər düzgün istiqamətdə aparılmır.
Nazir həmçinin imtahanda bəzi sualların insanları çaşdırmağa yönəldiyindən də bəhs edib.
Qeyd edək ki, konfransın gedişatında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin İmtahan mərkəzləri arasında təhsildə qiymətləndirmə və imtahanların keçirilməsi sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında niyyət protokolu imzalanıb.






