İrlandiya kütləvi etirazlardan sonra yanacaq vergisini azaldıb

İrlandiya hökuməti benzin və dizel yanacağına tətbiq olunan vergilərin 500 milyon avrodan çox məbləğdə azaldıldığını elan edib. “Politico” qeyd edir ki, bu qərardan əvvəl nəqliyyat şirkətləri və fermerlər gözlənilən yanacaq qiymət artımına qarşı bir neçə gün davam edən kütləvi etiraz aksiyaları keçiriblər.

Vergi azaldılmasını açıqlayan İrlandiyanın Baş naziri Mixol Martin bu addımın etirazçıların təzyiqi nəticəsində atıldığına dair iddiaları rədd edib.

Baş nazir həmçinin bildirib ki, hökumət benzin üzrə aksiz vergisini azaltmağa davam edəcək — hər litr üçün 10 avrosent. Mart ayında hökumət artıq bu vergini benzin üçün 15 avrosent, dizel üçün isə 20 avrosent azaldıb. Yeni tədbirlər iyulun sonuna qədər qüvvədə olacaq.

İrlandiyada yanacaq qiymətlərinə görə etirazlar bir həftə əvvəl başlayıb. Aksiya iştirakçıları yük maşınları və traktorlarla ölkədəki yeganə neft emalı zavodu olan “Whitegate Refinery”ə aparan yolları bağlayıblar. Texnikanın toplanması nəticəsində Dublin ətrafındakı əsas magistrallar və digər yollar da bağlanıb. Etirazların dağıdılması üçün polis və hərbi qüvvələr cəlb olunub.

Son xəbərlər
Digər xəbərlər