BVF: Qlobal dövlət borcu 2029-cu ilə qədər dünya ÜDM-in 100%-nə çatacaq

Beynəlxalq Valyuta Fondu hesab edir ki, qlobal dövlət borcu yaxın üç il ərzində dünya ÜDM-in 100%-i səviyyəsinə çatacaq. Bu barədə BVF-nin Vaşinqtonda təqdim olunan növbəti “Büdcə bülleteni” hesabatında bildirilir.

Sənəddə qeyd olunur: “Qlobal miqyasda dövlət borcu 2025-ci ildə dünya ÜDM-in demək olar ki, 94%-nə yüksəlib. Mövcud trayektoriyalar üzrə 2029-cu ilə qədər 100%-ə çatacaq. Belə səviyyə əvvəllər yalnız İkinci Dünya müharibəsinin nəticələri fonunda müşahidə olunub”.

BVF-nin 2025-ci ilin oktyabrında bildirdiyinə görə, dövlət borcu milli ÜDM-in 100%-ni aşan ölkələrin sayı növbəti beş ildə tədricən azalacaq. Lakin onların “qlobal ÜDM-də payının artacağı gözlənilir”. Fond dəqiqləşdirir ki, G20 ölkələri arasında bu kateqoriyaya Böyük Britaniya, İtaliya, Kanada, Çin, ABŞ, Fransa və Yaponiya daxildir.

Son xəbərlər
Digər xəbərlər