ABŞ-nin texnologiya nəhəngi “Apple” şirkətinin baş icraçı direktoru 2026-cı ilin payızında vəzifəsindən gedəcək. Onu şirkətdə aparat təminatına cavabdeh olan Con Ternus əvəz edəcək.
Tim Kuk 1998-ci ildə şirkətə qoşulub və 2011-ci ildə baş icraçı direktor vəzifəsini tutub. Həmin vaxtdan bəri şirkətin bazar dəyəri 350 milyard dollardan 4 trilyon dollara yüksəlib, “Apple”ın illik gəliri isə demək olar ki, dörd dəfə artıb.
Öz növbəsində, Con Ternus 2001-ci ildə “Apple”a qoşulub, 2013-cü ildə aparat təminatı üzrə vitse-prezident olub. Qeyd olunur ki, Ternus “Apple”ın bir sıra yeni məhsul xətlərinin, o cümlədən iPad planşetlərinin və AirPods qulaqlıqlarının, eləcə də müxtəlif nəsil iPhone, Mac və Apple Watch cihazlarının yaradılmasında mühüm rol oynayıb. “Apple”da işləməzdən əvvəl Ternus Pensilvaniya Universitetində maşınqayırma üzrə təhsil alıb və “Virtual Research Systems” şirkətində mühəndis kimi çalışıb.







