“Caspian Finance Bank Olmayan Kredit Təşkilatı” kapitalından 5 milyon manat geri götürdü

“Caspian Finance Bank Olmayan Kredit Təşkilatı” MMC nizamnamə kapitalının kəskin azaldıldığını elan edib.

Banker.az xəbər verir ki, “Caspian Finance Bank Olmayan Kredit Təşkilatı” MMC-nin İştirakçıların Ümumi Yığıncağının 20 aprel 2026-cı il tarixli 04/2026-2 saylı qərarına əsasən, cəmiyyətin nizamnamə kapitalında dəyişiklik edilib.

Qərara uyğun olaraq, İştirakçıların Ümumi Yığıncağının 29 may 2025-ci il tarixli 05/2025-02 saylı qərarı ilə daşınmaz əmlak hesabına artırılmış 5 000 000 manat məbləğində nizamnamə kapitalı, əmlakın kapitaldan geri çıxarılması hesabına azaldılıb.

Onu da qeyd edək ki, BOKT-un nizamnamə kapitalı 10 milyon manat idi.

Son xəbərlər
Digər xəbərlər