“Gallup” tərəfindən müxtəlif ölkələrin vətəndaşları arasında keçirilən sorğunun nəticələrinə görə, ABŞ-yə köçmək istəyən xaricilərin sayı müşahidələr tarixində ən aşağı səviyyəyə düşüb.
Araşdırmaya əsasən, respondentlərin yalnız 15%-i yaşayış yerini dəyişərək ABŞ-a köçmək istədiyini bildirib. Halbuki 2007–2009-cu illərdə bu göstərici 24%, 2017-ci ildə isə 18% təşkil edib.
Bununla belə, ABŞ Latın Amerikası, Karib hövzəsi və Saxaraaltı Afrika ölkələrindən olan respondentlərin əksəriyyəti üçün hələ də ən arzuolunan immiqrasiya istiqaməti olaraq qalır.
Eyni zamanda, ABŞ-dən köçmək istəyən amerikalıların sayı nəzərəçarpacaq dərəcədə artıb. Sorğunun nəticələrinə görə, hazırda 45 yaşdan aşağı amerikalı qadınların 40%-i ölkəni tərk etməyi düşünür. 2014-cü ildə bu göstərici cəmi 10% idi. Sorğu 140 ölkədənolan 144 min nəfər arasında keçirilib.







