Qlobal borc İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyəyə çatır

Yaxın bir neçə il ərzində qlobal dövlət borcu dünya ÜDM-ni üstələyə bilər. Hazırda qlobal iqtisadiyyatda mürəkkəb vəziyyət formalaşıb. Yaxın gələcəkdə dövlət borcunun ÜDM-ə nisbəti 100%-ə çata bilər. Əslində bu artıq təəccüblü deyil — dünya uzun müddətdir borc hesabına yaşayır. Lakin vəziyyət onunla fərqlənir ki, sonuncu dəfə belə göstəricilər İkinci Dünya müharibəsi ərəfəsində müşahidə olunmuşdu.

Beynəlxalq Valyuta Fondu (BVF) proqnozlaşdırır ki, qlobal dövlət borcu 2029-cu ildə ÜDM-in 100%-nə, 2031-ci ildə isə 102%-dən yuxarı səviyyəyə çata bilər. Bu isə “dünya yeni böyük müharibə astanasındadırmı?” sualını gündəmə gətirir.

Hazırda planetin müxtəlif bölgələrində hərbi toqquşmalar davam etsə də, bu vəziyyət hələ qlobal müharibə kimi qiymətləndirilmir.

Əsas məsələ ondan ibarətdir ki, qlobal borcun böyük hissəsi dünyanın iki ən böyük iqtisadiyyatının — ABŞ və Çinin payına düşür. Faiz dərəcələrinin artması borcun xidmət xərclərini yüksəldir. Eyni zamanda, borcun alıcı strukturu dəyişir və ödəniş müddətləri qısalır.

Yaxın Şərqdəki münaqişə vəziyyəti daha da gərginləşdirir: enerji qiymətləri artıb, bir çox ölkələr sosial xərcləri yüksəldərək büdcə kəsirlərini böyüdüb. Bu isə “borc spiralının” yaranması riskini artırır — yəni mövcud borcu ödəmək üçün dövlətlər daha çox borc almağa məcbur qalır.

Bununla belə, ekspertlər hesab edir ki, müharibəsiz də çıxış yolları mövcuddur, baxmayaraq ki, onlar ağrılı olacaq. Ən real ssenarilərdən biri inflyasiyanın nəzarətdən çıxmasıdır. Bu, nəticədə borcların dəyərinin azalmasına gətirib çıxara bilər, lakin bir çox insan üçün ciddi maliyyə itkiləri ilə müşayiət oluna bilər.

Son xəbərlər
Digər xəbərlər