“Rabitəbank” səhmdarlarının yığıncağı keçiriləcək

“Rabitəbank” ASC-nin Müşahidə Şurasının 21 aprel 2026-cı il tarixli 23 nömrəli qərarına əsasən, Bankın səhmdarlarının növbəti illik ümumi yığıncağı 5 iyun 2026-cı il tarixində saat 17:00-da keçiriləcək.

Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1.“Rabitəbank” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş 2025-ci il üzrə maliyyə hesabatının və idarəetmə hesabatının təsdiq edilməsi;
2. “Rabitəbank” ASC səhmdarlarının ümumi yığıncağının əsasnaməsinin yenilənməsinin təsdiq edilməsi;
3. Digər məsələlər.

Yığıncaq Bakı şəhəri, Füzuli küçəsi 71 ünvanında, “Rabitəbank” ASC-nin inzibati binasında keçiriləcək.

Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Son xəbərlər
Digər xəbərlər