“NORM” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının iclası 8 iyun 2026-cı il tarixdə saat 11:00-da AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanında keçiriləcəkdir.
Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin 2025-ci il üçün audit hesabatlarının təsdiq edilməsi;
2. Cəmiyyətin nizamnaməsinə dəyişikliklər edilməsi;
3. Cəmiyyətin cari fəaliyyəti ilə bağlı digər məsələlərin müzakirə edilməsi.
Xatırladaq ki, istehsal gücü gündə 5600 ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.







