“Caspian Finance BOKT”un maliyyə durumu bəlli oldu

“Caspian Finance Bank Olmayan Kredit Təşkilatı” (BOKT) 2025-ci ili 1 milyon 284 min manat xalis mənfəətlə bağlayıb. Bu, 2024-cü illə müqayisədə (377 min manat) 3.4 dəfə artım deməkdir.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il BOKT-un faiz gəlirləri illik müqayisədə təxminən 3 dəfə artaraq 5 milyon 255 min manata çatıb. Əvvəlki il bu rəqəm 1.7 milyon manat idi. BOKT-un faiz xərcləri illik müqayisədə 7.9 dəfə artaraq 106 min manatdan 840 490 manata yüksəlib.

Hesabat dövründə “Caspian Finance”ın cəmi aktivləri illik müqayisədə təxminən 2 dəfə artaraq 9.27 milyon manatdan 18.27 milyon manata yüksəlib. Aktivlərin artımında əsas pay sahibi kreditləşmədir. Kredit portfeli 60% böyüyərək 8.84 milyon manatdan 14.16 milyon manata çatıb.

Son xəbərlər
Digər xəbərlər