Laçın şəhərində yeni yaşayış məhəlləsi inşa olunacaq.
Banker.az xəbər verir ki, “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi tərəfindən elan edilən tender yekunlaşıb.
Tenderin qalibi “Hovers Group” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Layihə çərçivəsində Laçın şəhərində yeni yaşayış məhəlləsinin tikintisinin təşkili nəzərdə tutulur.
Tərəflər arasında bağlanmış satınalma müqaviləsinin ümumi dəyəri 41 266 444 manat təşkil edir.







