Beynəlxalq Enerji Agentliyi (BEA) əvvəlki hesabatla müqayisədə 2026-cı ildə dünyada neft təklifinin azalması ilə bağlı proqnozunu sutkada 2,5 milyon barel artırıb. Təşkilatın hesabatına əsasən, nəticədə bu il qlobal neft təklifi sutkada 4 milyon barel azalaraq 102,2 milyon barelə düşəcək.
BEA bildirib ki, Yaxın Şərqdə münaqişənin başlanmasından bəri dünya üzrə neft tədarükü sutkada 12,8 milyon barel azalıb. Aprel ayında isə Hörmüz boğazının bağlı qalması səbəbindən azalma sutkada 1,8 milyon barel təşkil edib və qlobal tədarük 95,1 milyon barel səviyyəsinə enib.
Agentlik may ayında dünya üzrə neft tədarükünün daha 530 min barel azalacağını proqnozlaşdırır. Bunun ardından isə 2026-cı ilin üçüncü rübündə tədricən bərpa prosesinin başlaması gözlənilir.







