Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 3%-ə yaxın artıb

2026-cı ilin yanvar-aprel aylarında əsas kapitala 5275,0 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2.6 faiz çox investisiya yönəldilmişdir.

Banker.az DSK-ya istinadən xəbər verir ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi real ifadədə 39,7 faiz artaraq 2063,1 milyon manat, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 12,4 faiz azalaraq 3211,9 milyon manat olmuşdur.

Əsas kapitala yönəldilmiş investisiyaların həcmi məhsul istehsalı sahələri üzrə real ifadədə 19,9 faiz artaraq 3138,2 milyon manat, xidmət sahələri üzrə real ifadədə 13,8 faiz azalaraq 1420,4 milyon manat, yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 18,3 faiz azalaraq 716,4 milyon manat olmuşdur.

 

Son xəbərlər
Digər xəbərlər