Şuşada 6 memarlıq abidəsinin bərpasına 2.4 milyon manat ayrılır

Şuşada 2,4 milyon manatlıq bərpa layihəsi həyata keçiriləcək.

Banker.az xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən Şuşa şəhərində yerləşən memarlıq abidələrinin bərpa və konservasiyası üzrə satınalma müsabiqəsi elan edilib.

Məlumata görə, layihə çərçivəsində ilkin mərhələdə 6 memarlıq abidəsində bərpa-konservasiya işlərinin aparılması nəzərdə tutulur.

Müsabiqə “Şuşa şəhərində yerləşən abidələrin bərpa konservasiyası (1-ci mərhələdə 6 memarlıq abidəsi) üzrə işlərin satınalınması” adlanır.

Layihənin ehtimal olunan dəyəri 2 461 587 manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər