Tramp Si Cinpini ABŞ-yə dəvət edib

ABŞ prezidenti Donald Tramp Çin sədri Si Cinpin və onun həyat yoldaşı Peng Liyuanı sentyabrın 24-də Vaşinqtona səfərə dəvət edib. ABŞ prezidenti ilə danışıqların yekununda Si Cinpin iki ölkə arasındakı münasibətləri “dünyada ən vacib münasibətlər” adlandırıb və onları “heç vaxt korlamamağa” çağırıb.

“Mən Amerika ilə Çin xalqları arasında zəngin və möhkəm əlaqələrə tost demək istərdim. Bu, çox xüsusi münasibətdir və sizə bir daha təşəkkür etmək istəyirəm”, – deyə Tramp Pekində keçirilən rəsmi ziyafət zamanı bildirib.

“Çin də, ABŞ da əməkdaşlıqdan qazanacaq, qarşıdurmadan isə uduzacaq. Ölkələrimiz rəqib deyil, tərəfdaş olmalıdır”, – Si Cinpin qeyd edib.

ABŞ prezidenti mayın 13-də Çinə gəlib. Bu, onun 2017-ci ildən bəri ölkəyə ilk səfəridir. Donald Tramp və Si Cinpin danışıqlar zamanı Yaxın Şərqdəki münaqişəni və Hörmüz boğazındakı vəziyyəti də müzakirə ediblər.

Son xəbərlər
Digər xəbərlər