Çin İrana hərbi yardım verməyəcək.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox news” telekanalına bildirib.
Onun sözlərinə görə, Çin sədri Si Cinpin ona bu barədə təminat verib.
“O (Si Cinpin – red.), silah tədarük etməyəcəyini deyib”, – Tramp vurğulayıb.
Ağ Ev rəhbəri bildirib ki, Çin lideri Yaxın Şərqdəki münaqişənin nizamlanmasına öz köməyini təklif edib.







