“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 30 iyun 2026-cı il saat 11.00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi 1 nömrəli ünvanda yerləşən inzibati binada aşağıdakı gündəlikdə keçiriləcəkdir:
Banker.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin 2025-ci il üzrə hesabatının təsdiqi.
2. Direktorlar şurasının (müşahidə şurasının) tərkibinin yenidən seçilməsi və təsdiqi.
3. Digər məsələlər.
Səhmdarlar ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10.00-dan 17.00-dək səhmdar cəmiyyətin Bakı şəhəri, Suraxanı rayonu (Hövsan qəsəbəsi), Şakir Ziyadov küçəsi 1 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.
Ünvan Bakı şəhəri, Suraxanı rayonu, (Hövsan qəsəbəsi) Şakir Ziyadov küçəsi 1-dir.






