“Kartdan-karta” ödəniş alan sahibkarları hansı cərimələr gözləyir?

Azərbaycanda kartdan-karta köçürmələrin həcmi yüksək həddə çatıb.

Bəs, obyekt və satış müəssisələrində belə ödəniş üsullarına nəzarət mexanizmi necədir?

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətinin rəsmisi “Xəzər Xəbər”ə danışıb. Qurumun idarə rəisinin müavini Günel Bəhramqızı bildirib ki, bu hallar monitorinq və operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən olunur.

Vergi Xidmətinin əməkdaşı kartdan-karta ödəniş aşkarlandığı təqdirdə tətbiq olunan cərimə məbləğindən də danışıb.

Qurum vətəndaşları mal, iş və xidmətlər alarkən nağdsız ödənişləri kartdan-karta köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə çağırır. Eyni zamanda, sahibkarlara Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödənişləri qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə qəbul etmək tövsiyə olunur.

Banker.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Oxşar xəbərlər

Azərbaycanda avtobus və taksi ilə gedənlərin sayı metronu üstələdi

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda nəqliyyat sektorunda sərnişin daşınmasında artım qeydə alınıb. Banker.az DSK-ya istinadən xəbər verir ki, metro, avtobus və taksi xidmətlərindən istifadə edənlərin...

VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı

®VTB (Azərbaycan) bütün müddətlər üzrə manatla olan əmanətlərin faizlərini artırıb. Maksimal gəlirlik “Sərfəli” depoziti üzrə 11,75% müəyyən edilib. Bundan əlavə, bank “Avans” əmanət üzrə gəlirliliyi...

Mikayıl Cabbarov: Kölgə iqtisadiyyatının leqallaşdırılması sosial mənzil üçün əlavə maliyyə mənbəyi yaradıb

Azərbaycanda qeyri-rəsmi məşğulluğun leqallaşdırılması sosial müdafiə sisteminin genişlənməsinə və mənzil problemlərinin həlli üçün əlavə maliyyə mənbəyinin formalaşmasına imkan verib. Banker.az xəbər verir ki, bunu Azərbaycanın...

Trampın reytinqi 35%-ə düşüb

"Reuters" və "Ipsos" sorğusuna görə, ABŞ prezidenti Donald Trampın amerikalılar arasında etimad reytinqi 35%-ə düşərək yeni minimum səviyyəyə çatıb. Sorğuya görə, respondentlərin 35%-i Trampın prezident...

AFB Bank mobil tətbiqində yenilik: Mono Digital kart artıq tam ödənişsiz və onlayn sifarişlə!

®AFB Bank müştərilərinin gündəlik maliyyə əməliyyatlarını daha rahat və əlçatan etmək məqsədilə mobil tətbiqində yeni funksionallıq təqdim edir. Artıq istifadəçilər Mono Digital kartını –...