09.07.2026-cı il tarixində saat 11:00-da “Para” Bank Olmayan Kredit Təşkilatı ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, yığıncaq BOKT–un baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 60 ünvanında olacaq.
Yığıncağın gündəliyində duran məsələlər aşağıdakılardır:
1.İllik hesabatın təsdiqi.
2.Qiymətli kağızların konvertasiya olunması.
3.Nizamnaməyə dəyişikliyin edilməsi.
Xatırladaq ki, PARABOKT qızıl girovu ilə nağd pul krediti əldə etməkdə müştərilərə lombard krediti xidməti təqdim edir.







