5 milyonluq siqaret qaçaqmalçılığı işində saxlanılan Ruslan Eyyubov azadlığa buraxıldı

Ruslan Eyyubov həbsdən azad edilib.

Ötən ilin ən böyük əməliyyatlarından biri olan 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı saxlanılan Ruslan Eyyubov həbsdən azad edilib.

Banker.az Qafqazinfoya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Məhkəmə R.Eyyubovun səhhətini nəzərə alaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənməsinə qərar verib.

Qeyd edək ki, onun barəsində ibtidai istintaq başa çatıb, yekun ittiham elan edilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər