Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq

®PAŞA Bank “Miles&Smiles PAŞA Bank” kart sahibləri üçün yeni “Overnight Mile” (hesab qalığına görə mil qazancı) funksionallığını təqdim edib.

Artıq millər yalnız kartla edilən alış-verişlərdən deyil, hesabda vəsait saxladıqca da qazanılır. Yeni funksionallıq sayəsində kart sahibləri heç bir əlavə əməliyyat və ya müraciət etmədən hər ay avtomatik mil əldə edə biləcəklər. Sistem hesab üzrə aylıq orta qalığı nəzərə alaraq müvafiq milləri hesablayır və onları növbəti ayın əvvəlində birbaşa müştərinin Miles&Smiles hesabına köçürür. Bu millər Miles&Smiles proqramının standart milləri hesab olunur və Turkish Airlines başda olmaqla, Star Alliance şəbəkəsinə daxil olan aviaşirkətlərdə aviabilet əldə etmək, xidmət sinfini yüksəltmək və digər üstünlüklərdən yararlanmaq üçün istifadə edilə bilər.

Beləliklə, “Miles&Smiles PAŞA Bank” kartları gündəlik ödəniş vasitəsindən daha geniş imkanlar təqdim edərək müştərilərə hesablarında saxladıqları vəsaiti əlavə səyahət üstünlüklərinə çevirmək imkanı yaradır.

Funksionallıq çərçivəsində hesablamalar minimum 1,000 AZN və maksimum 15,000 AZN məbləğində aylıq orta hesab qalığı əsasında aparılır.

overnight mile new functionality miles smiles pasha bank cards jun 2026 02 visa platinum 1overnight mile new functionality miles smiles pasha bank cards jun 2026 03 black signature 2

overnight mile new functionality miles smiles pasha bank cards jun 2026 04 elite infinite

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər