“PAŞA Kapital İnvestisiya Şirkəti” idarəetmə strukturu tamamilə dəyişdirilib

Azərbaycanın aparıcı investisiya şirkətlərindən biri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC institusional idarəetmə effektivliyini artırmaq və rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə təşkilati strukturunda köklü dəyişikliklərə edib.

Banker.az xəbər verir ki, İnvestisiya Şirkətinin yeni strukturda diqqəti cəlb edən ən mühüm institusional dəyişiklik korporativ idarəetmə modelindən təkbaşına idarəetmə sisteminə keçiddir. Bunu ötən həftə bildirmişdik. Əvvəlki strukturda idarəetmə birbaşa İdarə Heyətinin sədri və ona bağlı olan Baş kommersiya inzibatçısı ilə Baş əməliyyat inzibatçısı (hər ikisi İdarə Heyətiinin üzvü statusu ilə) tərəfindən idarə olunurdu. Yeni modeldə isə icraedici rəhbərlik Baş icraçı direktor və onun müavini formatında optimallaşdırılıb.

Bundan əlavə yeni dəyişikliyə görə, Baş icraçı direktordan aşağıda, baş direktor məntiqini daşıyan 5 idarəetmə blok (Strateji, Kommersiya və Biznesin inkişafı bloku, Maliyyə, investisiya və əməliyyatlar bloku, IT və rəqəmsəl həllər bloku, Korporativ idarəetmə, risk və kompleyns bloku, Korporativ kommunikasiyalar, insan resursları və biznesə dəstək blokudu) yaradılıb. Qeyd edilən blok rəhbərləri bir-birinə yaxın olan departamentlərin bir çətir altında idarə edəcək. (Şəkil 1)

45345
ŞƏKİL 1
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər