Dövlət büdcəsindəki profisit (qalıq) 3 mlrd. manatdan aşağı düşüb

Azərbaycan Respublikasının dövlət büdcəsinin 2026-cı ilin yanvar–may ayları gəlirlərlə xərclər arasındakı müsbət fərq nəticəsində büdcədə 2 milyard 990,5  milyon manat həcmində profisit formalaşıb. Halbuki, bu aprelə qədər 3 milyard 32,9 milyon manat idi.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə dövlət büdcəsinin gəlirləri 16 milyard 366 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% azdır.

Dövlət büdcəsinin xərcləri isə 13 milyard 375 milyon manat olub və illik müqayisədə 2,3% azalma göstərib.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər