Gürcü dili bilməyənlər Gürcüstanda tələbə ola bilməyəcək

Gürcüstanda iyulun 1-dən etibarən xarici tələbələrin ali təhsil müəssisələrinə qəbulu ilə bağlı yeni tələblər tətbiq olunacaq.

Abituriyentlər gürcü dili üzrə biliklərini təsdiqləməli olacaqlar.

Bunun üçün onlar ya beynəlxalq sertifikat təqdim etməli, ya da müvafiq imtahan verməlidirlər.

Yeni qaydalar tədrisin xarici dillərdə aparıldığı proqramlara müraciət edən tələbələrə də şamil olunacaq.

MənbəMODERN.AZ
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər