“PAŞA Sığorta” ASC-nin Direktorlar Şurasının sədri vəzifəsinə İlya Arxipov Valeriviç təyin olunub. O bu vəzifədə Rövşən Allahverdiyev Şamil oğlunu əvəz edib.
Banker.az xəbər verir ki, bununla bağlı səhmdarların Ümumi Yığıncağı qərar verib.
İlya Arxipov hazırda “PAŞA Maliyyə Holdinqi” MMC-nin baş icraçı direktorunun müavinidir.
Bundan əlavə, Direktorlar Şurasına iki yeni üzv – Fərid Məmmədov Usad oğlu və Nailə Səfərəli Nurəddin qızı daxil edilib. Müstəqil üzv kimi isə Ceyhun Məmmədbəyli fəaliyyətini davam etdirir.
Beləliklə, Direktorlar Şurasının yeni siyahısı belə olacaq:
- Arxipov İlya Valeriviç — sədr
- Üzvlər
- Asəf Hüseynov Akif oğlu
- Səmayə Novruzova İsmət qızı
- Oqtay Həsənov Arif oğlu
- Fərid Məmmədov Usad oğlu
- Nailə Səfərəli Nurəddin qızı
- Ceyhun Məmmədbəyli Mobil oğlu — müstəqil üzv
Xatırladaq ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri 100% daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur.







