FED-in yeni sədri ilk ciddi sınaqla üz-üzədir- Faiz qərarı verir

Bu gün, Bakı vaxtı ilə 22:00-da keçiriləcək Federal Ehtiyat Sistemi (FED) iclası yeni sədr Kevin Uorş üçün ilk ciddi sınaq olacaq. Banker.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazır.

Agentlik yazıb ki, Maliyyə bazarları uçot dərəcəsinin dəyişməyəcəyinə demək olar tam əmindir. Lakin investorların əsas marağı qərarın özündən çox, FED-in gələcək pul-kredit siyasətinə dair verəcəyi siqnallara yönəlib.

ABŞ-da inflyasiya hələ də yüksək səviyyədə qalmaqdadır. İranla yaşanan münaqişədən sonra enerji daşıyıcılarının bahalaşması isə FED-in bəzi rəsmiləri arasında narahatlığı daha da artırıb. Tənzimləyici qurumun getdikcə daha çox təmsilçisi növbəti addımın faizlərin azaldılması deyil, məhz artırılması ola biləcəyi ssenarisini istisna etmir. Federal fondların fyuçers bazarına aid məlumatlara görə, FED-in dekabr ayına qədər faiz dərəcəsini artırmaq ehtimalı artıq 80%-dən yüksək qiymətləndirilir.

Faiz qərarı ilə yanaşı, FED yenilənmiş iqtisadi proqnozlarını və rəsmilərin gələcək faiz trayektoriyası ilə bağlı gözləntilərini əks etdirən “dot plot” təqdim edəcək.

İclasda bütün diqqətlər həmçinin Kevin Uorşun sədr qismində keçirəcəyi ilk mətbuat konfransına yönələcək. Təyinatından əvvəl o, Donald Trampın faizlərin endirilməsi barədə fikirlərini dəfələrlə dəstəkləsə də, indi mövcud inflyasiya təzyiqini və FED-dəki bir çox həmkarının daha sərt mövqeyini nəzərə almaq məcburiyyətindədir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər