Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi irimiqyaslı tenderin nəticələrini elan edib.
Banker.az xəbər verir ki, nazirliyin tabeliyindəki bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2026-cı ilin I rübü ərzində hazır yeməklə təmin edilməsi xidmətlərinin satın alınması məqsədilə keçirilən tender başa çatıb. Satınalma müqaviləsinin qalibi “Tais İkf” MMC seçilib.
Tərəflər arasında bağlanmış müqavilənin ümumi məbləği 3 607 936 AZN təşkil edir. Müqavilə çərçivəsində qalib şirkət sözügedən dövr ərzində təhsil müəssisələrini hazır yemək xidmətləri ilə təmin edəcək.







