“PAŞA Kapital İnvestisiya Şirkəti” yeni mühüm təyinat olub

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin rəhbər heyət üzvlərindən olan Zaur Bağırov şirkətin yenilənmiş təşkilati strukturu çərçivəsində yeni vəzifəyə təyin edilib.

Banker.az xəbər verir ki, o, 2026-cı ilin iyun ayından etibarən İnformasiya texnologiyaları və rəqəmsal həllər blokun rəhbəri vəzifəsinin icrasına başlayıb.

Zaur Bağırov bundan əvvəl, 2026-cı ilin yanvar–iyun aylarında şirkətin baş icraçı direktorunun texnologiyalar üzrə müşaviri kimi fəaliyyət göstərib. Bu vəzifədə o, blokçeyn, kriptovalyutalar və digər yeni texnologiyaların biznes üçün praktik tətbiq imkanlarının araşdırılması və qiymətləndirilməsi istiqamətində çalışıb.

Qeyd edək ki, Zaur Bağırovun bankçılıq, maliyyə və telekommunikasiya sahələrində 20 ildən artıq idarəçilik təcrübəsi var. O, 2015–2026-cı illərdə ana şirkət “PAŞA Bank” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb. Son olaraq Bankın biznes innovasiyaları direktoru olub və innovasiya, startap ekosistemi, rəqəmsal transformasiya və yeni biznes istiqamətlərinin inkişafına rəhbərlik edib.

Karyerası ərzində o, həmçinin “Bakcell” MMC-də texnologiya layihələrinin idarə olunması, transformasiya proqramları və korporativ imkanların inkişafı sahələrində müxtəlif rəhbər vəzifələr tutub.

Zaur Bağırov ali təhsilini Azərbaycan Kooperasiya Universitetində maliyyə və kredit ixtisası üzrə alıb. O, həm bakalavr, həm də magistr təhsilini bu ali təhsil müəssisəsində başa vurub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər