FİFA hakimlərinin beynəlxalq oyunlardakı qonorarlarının məbləği açıqlanıb. Məlumatına görə, UEFA öz konfederasiyasına daxil olan ədalət təmsilçilərinin qazancını artırıb.
Belə ki, artıq referilər 6 min avro da qazana bilər. Bu, yalnız elit kateqoriyalı referilərin baş hakim kimi idarə etdiyi matçlara aiddi. Ümumiyyətlə, hakim qonorarları onların UEFA kateqoriyasından asılıdı.
Lakin 2016/17 mövsümündən tətbiq olunacaq yeni qonorar sistemi Azərbaycan hakimlərinin də qazancına təsir etməyəcək. Çünki bu artım yalnız elit və 1-ci kateqoriyalı hakimlərə aiddi. Bu ilin qışında kateqoriyalar açıqlananda baş hakimlərimizdən Əliyar Ağayev 2-ci, Rəhim Həsənovla Orxan Məmmədov 3-cü kateqoriyaya daxil idi.
Qeyd edək ki, UEFA bütün təyinat verdiyi hakim, hakim-inspektor və nümayəndələrə 200 avro gündəlik xərclik ödəyəcək.
Hakimlərin beynəlxalq oyunlar üçün qonorarları
kateqoriya | Baş hakim | Yan xətt hakimi | Dördüncü hakim | Əlavə hakim |
Elit | 6000 | 1800 | 900 | 1800 |
1-ci | 3700 | 1100 | 555 | 1100 |
2-ci | 1300 | 390 | 195 | 390 |
3-cü | 1200 | 360 | 180 | 360 |
Elit, qadlnlar | 900 | 270 | – | 270 |
1-ci, qadlnlar | 700 | 210 | – | 210 |
2-ci, qadlnlar | 500 | 150 | – | 150 |
3-cü, qadlnlar | 350 | 105 | – | 105 |
Qeyd: Qadın dördüncü hakimlərin qonorarı dəqiqləşməyib.
APA Sport