Azərbaycanın xarici ticarət balansında $7 mlrd. üzərində müsbət qalıq yaranıb

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 18 milyard ABŞ dollarını keçib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, hesabat dövründə Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 164 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıb. Bu müddətdə 112 ölkəyə məhsul ixrac olunub, 150 ölkədən isə idxal həyata keçirilib.

Yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 18 milyard 60,7 milyon ABŞ dolları təşkil edib. Xarici ticarət əməliyyatları nəticəsində 7 milyard 11,1 milyon ABŞ dolları məbləğində müsbət ticarət saldosu yaranıb. Halbuki, marta qədər bu 2 milyard 138,1 milyon dollar idi.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi cari qiymətlərlə 10,1 faiz artsa da, real ifadədə 8,7 faiz azalıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər