Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 28,2 faiz artıb.
Banker.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Belə ki, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 1 iyun 2026-cı il tarixə MR-də qeydiyyatda olan onlayn NKA-ların sayı 3.347 ədəd olub.
Yeni nəsil NKA-lardan istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2026-cı ilin yanvar – may aylarında Naxçıvanda belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 237,1 milyon manatdan artıq olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 52,2 milyon manat və ya 28,2 faiz çoxdur.






