ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın Hörmüz boğazından keçən gəmilərdən tranzit rüsumu alması Vaşinqton üçün qəbuledilməz olardı və ABŞ ilə aparılan danışıqların gedişinə mənfi təsir göstərə bilər.
“Bu, mənim üçün qəbuledilməz olardı. Çünki dünyada çoxlu boğazlar var və əgər birində buna razılaşsaq, digərlərində də eyni yanaşmanı qəbul etməli olarıq”, – deyə Tramp NATO-nun baş katibi Mark Rütte ilə Ağ evdə keçirdiyi görüşdə bildirib.
İyunun 18-də ABŞ və İran qarşılıqlı anlaşma memorandumu imzalayıb. Sənədin bəndlərindən biri Hörmüz boğazının gəmiçilik üçün açıq saxlanılmasını nəzərdə tutur.
İyunun 21-də vasitəçi ölkə Pakistanın xarici işlər naziri İshaq Dar açıqlayıb ki, İran 60 gün ərzində Hörmüz boğazından keçən gəmilərdən tranzit rüsumu tutmayacaq.







