“Mazda Azərbaycan” ötən ili 1 milyon manata yaxın zərərlə başa vurub

Azərbaycanda Mazda avtomobillərinin rəsmi idxalçısı “Rotary Motors” MMC 2025-ci ili 961 856 manat xalis zərər ilə tamamlayıb.

Banker.az bu barədə şirkətin 2025-ci il üzrə maliyyə vəziyyəti və konsolidə edilmiş mənfəət-zərər hesabatına istinadən xəbər verir.

Ötən il şirkətin hesabat dövründə cəmi satışı 12 milyon 765 min manat olub. Bu gəlirlərin əsas hissəsini 10 milyon 234 min manatla avtomobil satışı, 2 milyon 101 min manatla ehtiyat hissələrinin satışı və 430 247 manatla xidmət satışı formalaşdırıb. Satışın maya dəyəri isə 11 milyon 326 min manat olub və nəticədə 1 milyon 439 min manat ümumi mənfəət yaranıb.

Ümumi mənfəətin zərərə çevrilməsinə əsasən 3 milyon 99 min manat həcmində olan cəmi fəaliyyət xərcləri səbəb olub. Bu xərclər arasında əməkhaqqı (1 milyon 265 min manat), reklam xərcləri (387 min manat) üstünlük təşkil edir.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər