Broyler toyuqları hormon vurularaq yetişdirilir? – AQTA sədrindən açıqlama

Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilmir.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Qoşqar Təhməzli Azərbaycanda broyler toyuqlarının intensiv yetişdirilməsi üçün hormonlardan istifadə ilə bağlı iddialara da aydınlıq gətirib. O bildirib ki, bu iddialar həqiqəti əks etdirmir:

“Azərbaycanda quşçuluq sənayesi çox böyük əhəmiyyət daşıyır. Hazırda Azərbaycanın quş qripindən azad ölkə statusuna malik olması bizə imkan verir ki, quşçuluq məhsullarımızı dünyanın bir sıra ölkələrinə ixrac edək. Eyni zamanda, bildiyiniz kimi, ölkəmiz ərzaq yumurtasının da ixracını həyata keçirir. Hesabat dövrü ərzində bu sahədə 100 milyondan çox ərzaqlıq yumurta ixrac edilib. Bu günlərdə isə Çin Xalq Respublikasının müvafiq qurumları ilə razılıq əldə olunub və Azərbaycanın quşçuluq məhsullarının Çin Xalq Respublikasına da ixracı həyata keçiriləcək”.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər