“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” 2025-ci il üzrə gəlirlərini açıqladı

“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC-nin səhmdarlarının ümumi yığıncağında cəmiyyətin 2025-ci il üzrə maliyyə-təsərrüfat hesabatı təsdiq edilmişdir.

Banker.az xəbər verir ki, hesabata görə, ASC-nin 2025-ci il ərzində illik ümumi gəlirləri 360 min manat təşkil etdiyi halda, bu gəlirlərin əldə olunmasına çəkilən cəmi xərclər 185 784 manat olub.

Xərc maddələri arasında ən böyük payı 65 615 manatla əməkhaqqı xərcləri və 53 395 manatla vergi borclarının bağlanması xərcləri tutub.

Nəticədə, şirkətin 2025-ci il üzrə mənfəəti 174 216 manat olmuş, 34 843 manat həcmində mənfəət vergisi hesablandıqdan sonra isə xalis mənfəət 139 373 manat səviyyəsində qərarlaşıb.

Xatırladaq ki, 2025-ci ilin birinci, ikinci, üçüncü və dördüncü rüblərinin hər birində cəmiyyətdə yalnız 2 nəfər işçi çalışıb. Baş Direktor Vəliyev Emin Tofiq oğludur. Cəmiyyətin Direktorlar Şurası (Müşahidə Şurası) üzvləri isə aşağıdakı kimi təsdiqlənib: Orucov Rəhim Nasrullah oğlu (üzv, Auditor komitəsi üzvü), Şükürova Əzizə Balasoltan qızı (üzv), Məmmədov Ədalət Qardaşxan oğlu (üzv) və Qafarova Fatma Surxay qızı (üzv).

Cəmiyyətin ümumi səhmdarlarının sayı 424 nəfər fiziki şəxsdən ibarətdir. Səhmlərin pay bölgüsünə gəldikdə, cəmiyyətin nizamnamə kapitalında əsas paya 96.0297% həcmində “Lotos-S” Məhdud Məsuliyyətli Cəmiyyəti malikdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər